Qətərə daha bir zərbə Twitter şəbəkəsindən gəlib.
Twitter Qətərin “Əl-Cəzirə” telekanalının ərəbcə olan rəsmi hesabını bağlayıb.
“Twitter”-dən bununla bağlı, hələ ki, rəsmi açıqlama gəlməyib.
Telekanalın baş direktoru Yaser Əbu Hilal isə qeyd edib ki, əsas hesab bağlansa da, əlavə səhifə işləyir: “Müdaxilə davam edəcək, çünki həqiqət onları qorxudur”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Vəlid bin Təlal “Twitter”ə qoyduğu 300 milyon dollar yatırım ilə şirkətin ən böyük ikinci hissədarıdır.