Bəzi istifadəçilərin “Facebook”dakı genişmiqyaslı problemlər fonunda nasazlıqlar yaşadıqlarını bildirdikləri “Twitter” sosial şəbəkəsində problemlər aradan qaldırılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə sosial şəbəkənin dəstək xidməti tərəfindən yayılan açıqlamada deyilir.
Açıqlamada bildirilir: “Bəzən “Twitter”dən həmişəkindən daha çox insan istifadə edir. Belə anlara hazırlaşırıq, amma bu gün işlər planlaşdırıldığı kimi getmədi. Bəziləriniz cavabları və şəxsi mesajları görməkdə çətinlik çəkmiş ola bilərsiniz. Onlar artıq aradan qaldırılıb”.