“Twitter” Rusiya dövlət mediasının məlumatlarını nişanlayacaq

“Twitter” Rusiya dövlət mediasının məlumatlarını
nişanlayacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə sosial şəbəkənin əməkdaşı
özünün səhifəsində bildirib.


“Bu gün biz Rusiyanın dövlət media saytlarına keçid verən
tvitlərə nişanlar əlavə edirik və bu məzmunun “Twitter”də
yayılmasını əhəmiyyətli dərəcədə azaltmaq üçün addımlar atırıq.
Önümüzdəki həftələrdə bu nişanları hökumətlə əlaqəli digər
medialara da yayacağıq”, – deyə şirkətin əməkdaşı qeyd edib.