Twitter Donald Trampa tvitə görə xəbərdarlıq etdi

Twitter Donald Trampa tvitə görə xəbərdarlıq etdi

Twitter ABŞ Prezidenti Donald Trampa seçkidə səslərinin oğurlanması barədə paylaşdığı tvittə görə xəbərdarlıq edib.

D.Trampın sözügedən tviti ilə bağlı ona “Bu tvitdə paylaşılan məlumatlar mübahisəlidir, seçkiyə və başqa bir ictimai prosesə qatılmaqla bağlı yanlış istiqamətləndirir”, – deyə xəbərdarlıq bildirişi göndərilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tvitterdə yüksəlişdə olduğunu, lakin səslərinin oğurlanmasına cəhd edildiyini bildirib.