Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin martında Azərbaycanın sosial şəbəkə bazarında “Twitter” 33,63 faiz payla birinci yerdə qərarlaşıb
Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
İkinci yerdə 24,26 faiz göstərici ilə “YouTube”, üçüncü yerdə 17,76 faiz göstərici ilə “Instagram” qərarlaşıb.
“Facebook” istifadəçilərinin fəallığı ötən ay 13,33 faizə bərabər olub.
“Pinterest”in payı 9,78 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,62 faiz təşkil edib.