Tvitter gündə 4 milyon dollardan artıq zərər etdiyi üçün ixtisarlar etməyə məcbur olduq.
AzerTimes xəbər verir ki, bunu şirkətin yeni rəhbəri İlon Mask deyib.
“İşdən azad olunan hər kəsə 3 aylıq təzminat pulu təklif edildi. Bu məbləğ də qanunla tələb olunandan 50 faiz artıqdır”, – Mask bildirib.