Tutun insan orqanizmi üçün faydalarını, sağlamlıq üçün xeyrini saymaqla qurtarmaq olmaz.
Əvvəlcə tutun tərkibinin nələrdən ibarət olduğuna nəzər yetirək:
Tutun tərkibi zülal, karbohidratlar, C, E, K, B qrup vitaminlərlə, kalium, kalsium, maqnezium, mis, sink, fosfor kimi mikroelementlərlə zəngindir.
Tut öz zəngin tərkibi ilə orqanizmin ümumi tonusunu stimullaşdırır, bədənə güc, qüvvət verir.
Tutun orqanizm üçün əsas faydalarından biri qaraciyərin fəaliyyətinə müsbət təsir göstərməsidir.
Yəqin ki, çoxlarınız şahidi olmusunuz ki, rayon və kənd yerlərində insanlar səhər tezdən acqarnına tut yeyirlər və öz qonaqlarına da bunu məsləhət görürlər. Bu ona görə edilir ki, orqanizmin acqarnına qəbul etdiyi tut mikrobları daha rahat şəritdə məhv edə bilir. Həmçinin acqarnına yeyilən tut mədə və bağırsaqlar üçün olduqca faydalıdır.
Qan təzyiqi üçün faydalı olan tut həm də sidikqovucu xassəyə malikdir.
Tut maddələr mübadiləsini tənzimləyir. Yemək arası tut yeyildikdə həzm prosesini normallaşdırır.
Fiziki və zehni yorğunluğu aradan qaldırmaq üçün tut ən yaxşı vasitələrdən biridir.
Kişilərin cinsi fəaliyyətinə müsbət təsir göstərən tut potensiyanı gücləndirir. 1 kiloqram tutun üzərinə 200 qram bal əlavə edilib hər gün 3 dəfə yeməkdən sonra bir çay qaşığı qəbul edilərsə arzulanan nəticəni əldə etmək olar.
Ağ tutun şirəsi soyuqdəymə və iltihabi proseslərə qarşı ən yaxşı vasitədir. Hər üç saatdan bir 100 qram ağ tutun təzə çəkilmiş şirəsini qəbul etməklə temperaturu aşağı salmaq və immuniteti gücləndirmək olar.
Qara tut dişlər üçün xeyirli olmaqla yanaşı ağız boşluğundakı iltihabi proseslərin müalicəsi üçün faydalıdır.
Uzun sürən xəstəliklərin müalicəsindən sonra tut orqanizm üçün çox xeyirlidir. Uzunmüddətli kimyəvi dərman pereparatlarının qəbulundan sonra tut qanın tərkibini təmizləyir və yaxşılaşdırır.
Tutun ən önəmli faydalarından biri ödqovucu xassəyə malik olmasıdır.
Tutun yarpaqları da xalq təbabətində bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Mövsümündə bolluca tut yeməklə orqanizmi bir çox xəstəliklərdən sığortalamaq olar.