“Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AzTV-nin birgə “Tut əlimdən” layihəsinin növbəti iştirakçıları Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli və şəhid Toğrul Bərxudarovun uşaqları Əli və Güllü olub.

Bu gün, oktyabrın 28-də saat 18.30-da AzTV-də Agentlik sədri ilə şəhid uşaqlarının birgə keçirdikləri maraqlı, yaddaqalan bir gün haqqında veriliş yayımlanacaq.

Onlar Şamaxıya səfər ediblər. Uşaqlar Şamaxı Astrofizika Rəsədxanası, Pirqulu adlanan dağ-meşə massivindəki Safari Parkla tanış olublar.

“Tut əlimdən” layihəsinin məqsədi şəhidlərimizin bizə əmanətləri olan övladlarının həmişə qayğı əhatəsində olduqları mesajını cəmiyyətə çatdırmaqdır. Layihəyə qoşulan rəhbər vəzifəli və ya yaxud tanınmış şəxslər bir gününü şəhid övladları ilə keçirərək, onların asudə vaxtının mənalı keçməsinə dəstək olur, qayğılarını bölüşür.

Teqlər: