“Tut əlimdən”: bu dəfə şəhid Rəhim Hüseynovun övladları ilə nazir müavini yaddaqalan gün keçirdi (FOTO)

“Tut əlimdən” layihəsi üzrə bu gün, oktyabrın 21-də saat 18.30-da AzTV-də yayımlanacaq növbəti verilişdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və şəhid Rəhim Hüseynovun övladları Hikmət və Rüfətin birgə keçirdikləri bir gün təqdim ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AzTV-nin “Tut əlimdən” layihəsi çərçivəsində rəhbər vəzifəli, tanınmış şəxslər bir gününü şəhid övladları ilə keçirir. Onların asudə vaxtını mənalı keçirmələrinə dəstək olur, qayğılarını bölüşür.

Layihənin məqsədi şəhidlərimizin bizə əmanətləri olan övladlarının daim diqqət və qayğı əhatəsində olduqları mesajını cəmiyyətə çatdırmaqdır.


Vüsal Nəsirli və şəhidimiz Rəhim Hüseynovun görüşündən çəkilmiş fotoları təqdim edirik.

Teqlər: