Baş nazir Donald Tuskun dövründə Polşa suverenliyini itirəcək.
AzerTimes xəbər verir ki, bunu Polşanın müxalif Hüquq və Ədalət Partiyasının sədri Yaroslav Kaçinski deyib.
“Polşada konstitusiya və qanunlar pozulur, hakimiyyət, xüsusən də dövlət mediası və prokurorluq ələ keçirilir. Baş nazir vətəndaşlara deyir ki, heç nə dəyişməyəcək, amma Brüsseldə başqa söz deyir. Əslində, biz alman diktəsinə, alman yoluna razılıq verməklə məşğuluq. Biz öz suverenliyimizi itirmək üzrəyik”, – Kaçinski bildirib.