Varşava Rusiyaya qarşı müharibədə Ukraynanı dönməz şəkildə dəstəkləməlidir.
AzerTimes xəbər verir ki, bunu keçmiş baş nazir və Polşa müxalifətinin lideri Donald Tusk Kiyevə hərbi yardımı artırmağa çağırarkən deyib.
“Ukraynanın qalib gəlməsi Polşanın milli maraqlarına uyğundur. Bu, həm iqtisadiyyata, həm də qaçqınlar məsələsinə təsir edəcək. Polşa dövləti bu məsələdə hərəkət etməli, Ukraynaya hərbi dəstək şübhə altına alınmamalıdır”, – siyasətçi vurğulayıb.