Xəbər - Samir Əli – Trend:
Noyabrın 14-də pomidor turşusundan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə gətirilən 2011-ci il təvəllüdlü Aytac Ricay qızı Mirzəyeva Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına köçürülüb.
Bu barədə AzerTimes-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib.
Qurum rəsmisi bildirib ki, hazırda reanimasiyada olan A.Mirzəyeva süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir.
Xatırladaq ki, Füzuli rayon sakinləri Ricay Mirzəyev və qızı Aytac Mirzəyeva noyabrın 12-də evlərində pomidor turşusundan zəhərlənmə ilə rayon mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətirilmişdi. Kliniki Tibbi Mərkəzə yerləşdirilən Ricay Mirzəyevin isə həyatını xilas etmək mümkün olmayıb.