Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Mütəxəssislər uyğun vaxt və temperaturda qaynadılmadan bağlanan turşuların ciddi xəstəliklərə səbəb ola biləcəyini bildirib.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, paslanmış qablarda turşuların qaynadılması qadağandır. Qaydalara əsasən, şüşə qablar 15-20 dəqiqə qaynadılaraq sterilizasiya olunmalı və qapaqları yenilənməlidir.

Əks halda turşuların tərkibində yaranan botulinum bakteriyası ağır qida zəhərlənməsinə səbəb ola bilər.

Botulizm toksini 80 dərəcədə 10-30 dəqiqə və ya 100 dərəcədə 10 dəqiqə qaynadılmaqla məhv edilsə də, uyğun olmayan şəraitdə saxlanılan qidalarda çoxalır.

Teqlər: