Qazaxıstanın Türküstan vilayətinin həbsxanalarından birində məhbuslar üsyan qaldırıblar.
AzerTimes xəbər verir ki, bu barədə “Tengri Nyus” məlumat yayıb.
Yerli Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata görə, məhbuslardan bəziləri saxlanma şəraitindən şikayət ediblər.
Qiyam zamanı Milli Qvardiyanın iki əsgəri və Kriminal-İcra Xidmətinin bir əməkdaşı yaralanıb. Hazırda adıçəkilən həbsxanada vəziyyət stabilləşib.