Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu şiddətlə qınayıram.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, bu fikir Türkdilli Ölkələrin Beynəlxalq Mədəniyyət Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raevin Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı ilə bağlı başsağlığıda yer alıb.
“Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm,”- TÜRKSOY-un baş katibi əlavə edib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.