TürkPA ölkələri Azərbaycanı azad edilmiş ərazilərin bərpasında dəstəkləməyə hazırdır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) üzv
ölkələri Azərbaycanı azad edilmiş ərazilərin bərpasında
dəstəkləməyə hazırdır.

Trend-in məlumatına görə, bunu TürkPA baş
katibinin müavini Talqat Aduov “Post-pandemiya dövründə iqtisadi
artımın stabilləşməsi zamanı kiçik və orta müəssisələrin innovativ
fəaliyyəti” mövzusunda konfransda deyib.

O bildirib ki, TürkPA bu quruma daxil olan ölkələrin
iqtisadiyyatlarının inkişafı sahəsində Azərbaycanla fəal əməkdaşlıq
edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: