“Turkovac” vaksini “alfa” ştammına qarşı 100 faiz effektivlik göstərib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin koronavirus əleyhinə “Turkovac” vaksini “alfa” ştammına qarşı 100 faiz effektivdir.

Trend-in məlumatına görə, bunu vaksin layihəsinin rəhbəri Aykut Özdarendeli deyib.

O bildirib ki, “Turkovac”ın sınaqlarının son, üçüncü mərhələsi davam edir.


Onun sözlərinə görə, vaksin sınaqları çərçivəsində “alfa” ştammına qarşı tam effektivlik nümayiş etdirib.

Sınaqların hazırkı mərhələsində “delta” variantı ilə bağlı araşdırmalar davam etdirilir.