“Turkovac” buster doza kimi istifadə üçün nəzərdə tutulub – Teymur Musayev

“Turkovac” vaksininin 3-cü faza sınaqları sırf buster doza kimi
istifadə üçün nəzərdə tutulub. Təbii ki, uğurlu olandan sonra o da
bizim vətəndaşlarımıza seçim kimi təqdim olunacaq.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri
Teymur Musayev deyib.

O qeyd edib ki, hazırda Türkiyənin koronavirusa qarşı vaksini
olan “Turkovac”ın Azərbaycanda 3-cü faza sınaqları keçirilir.

“Əldə olunan sazişə əsasən sınaqlar Bakı Sağlamlıq Mərkəzində
baş tutur. Könüllü olmaq üçün müraciət edənlər var. Ümumi nəticələr
əldə olunduqdan sonra Türkiyə tərəfinə təqdim olunacaq. Ondan sonra
ictimaiyyətə rəsmi açıqlama veriləcək”.

Nazir bildirib ki, Azərbaycan pandemiya dövründə vaksinasiya
kampaniyasına ilk başlayan ölkələrdən biridir.

“Həm Azərbaycan vətəndaşları, həm də ölkəmizdə daimi və
müvəqqəti yaşayış icazəsi olan xarici vətəndaşların bütün
platformalarda hazırlanmış vaksinlərə əlçatanlığı təmin edilib.
İstər inaktivləşdirilmiş platformadan olan “Coronovac”, istər mRnt “Pfizer”, istərsə də vektor platforması üzrə “Astra Zeneca” və “Sputnik”in istifadəsi uğurla həyata keçirilib”, – deyə nazir əlavə
edib.

Teqlər: