Türkmənlərin 52 min ton taxılı yoxa çıxdı

Türkmənlərin 52 min ton taxılı yoxa çıxdı

İranın türkmənlərin kompakt yaşadığı Gülüstan əyalətində 52 200 ton taxıl yoxa çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə Gülüstan əyalətinin prokuroru Mahmud İspanlu açıqlama verib.

O, Taxıl və Ticarət Departamentinin əyalətdəki iki fabrikə verdiyi buğdanın yoxa çıxması ilə bağlı cinayət işinin açıldığını, bir neçə nəfərin saxlanıldığını deyib.

Qeyd edək ki, hazırda taxıl və çörək qıtlığı yaşanan İranda çörəyin qiymətinin bahalaşması ilə bağlı ehtimallar ölkə telekanallarında gündəmə gətirilib.

Teqlər: