Türkmənistanın paytaxtı Aşqabadda ölkənin yeni seçilmiş
prezidenti Sərdar Berdiməhəmmədovun andiçmə mərasimi baş tutub.
Trend-in
məlumatına görə, yeni prezident bu gündən etibarən vəzifə
səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, S.Berdiməhəmmədov martın 12-də keçirilmiş
növbədənkənar prezident seçkilərində 72,97 faiz səs toplayaraq
qalib gəlmişdi.
Sabiq prezident Qurbanqulu Berdiməhəmmədov fevralın 12-də istefa
verdiyini açıqlamışdı.