Türkmənistanın yeni prezidenti Sərdar Berdiməhəmmədov hökuməti
istefaya göndərib.
AzerTimes-ın Türkmənistan KİV-lərinə istinadən verdiyi məlumata
görə, S.Berdiməhəmmədov bununla bağlı fərman imzalayıb.
Serdar Berdiməhəmmədov Nazirlər Kabinetinin üzvlərinə yeni
hökumət formalaşdırılana qədər vəzifələrini icra etməyə davam
etməyi tapşırıb.