Türkmənistanda seçicilərimizin 90,53 faizi seçkidə iştirak etdi

Türkmənistanda seçicilərimizin 90,53 faizi seçkidə iştirak etdi

Azərbaycanın Türkmənistandakı səfirliyində əhatə dairəsi üzrə qeydiyyatda olan vətəndaşlarımızın 90,53 faizi növbədənkənar prezident seçkilərində iştirak edib.

Bu barədə AzerTimes-a səfirlikdən bildirilib.

Növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar diplomatik nümayəndəlikdə 48 nömrəli seçki məntəqəsi təşkil edilmişdi.

Müvəqqəti olaraq Türkmənistanda yaşayan və burada ezamiyyətdə olan vətəndaşlarımız seçki fəallığı nümayiş etdiriblər.

Teqlər: