Türkmənistanda növbədənkənar prezident seçkilərində səsvermə
başa çatıb.
Trend-in
məlumatına görə, yerli vaxtla saat 17:00-da (Bakı vaxtilə 16:00)
ölkə ərazisində səsvermə məntəqələri bağlanıb.
Türkmənistan Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən,
səsvermədə seçici fəallığı 86,34 faiz təşkil edib.
Qeyd edək ki, seçkilərdə prezident vəzifəsi uğrunda 9 namizəd, o
cümlədən hazırkı prezident Qurbanqulı Berdiməhəmmədovun oğlu Sərdar
Berdiməhəmmədov mübarizə aparır.