Xəbər - Orxan Nəbiyev – Trend:
Türkmənistanda Rixter cədvəli ilə 4,7 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, zəlzələnin episentri 87 min əhalisi olan Balkanabat şəhərindən 34 kilometr şimal-şərqdə qeydə alınıb.
Yeraltı təkanlar 20 kilometr dərinlikdə qeydə alınıb.
Hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.