Türkmənistan prezidenti İrana gedir

Türkmənistan prezidenti İrana gedir

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gəlib.

AzerTimes xəbər verir ki, Prezident seçildikdən sonra ilk xarici səfərini Rusiyaya edən Sərdar Berdiməhəmmədov ikinci səfərini İrana gerçəkləşdirib.

Səfər çərçivəsində iki ölkə arasında ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə olunacaq. Müzakirələrdə Türkmənistan qazının ixracı məsələsinə də toxunulacaq.

Qeyd edək ki, Türkmənistan İrandan tranzit keçməklə Azərbaycana 1 milyard kubmetrdən çox qaz ixrac edir. Müzakirələrdə İrandan qaz tranzitinin artırılması məsələsi əsas müzakirə mövzusu olacaq.

Teqlər: