Türkmənistan Prezidenti hökumətin yeni tərkibini təsdiqləyib

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov hökumətin yeni
tərkibini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə Türkmənistan milli
televiziyasının “Vətən” proqramı məlumat yayıb.

Dövlət başçısı ölkə Konstitusiyasına uyğun olaraq yeni
prezidentin andiçmə mərasimindən sonra istefa vermiş Nazirlər
Kabineti sədrinin müavinlərini vəzifəsinə bərpa edib.

Əvvəllər Sərdar Berdıməhəmmədovun tutduğu baş nazirin iqtisadi,
bank işi və beynəlxalq maliyyə təşkilatları üzrə müavini vəzifəsinə
maliyyə sahəsində rəhbər vəzifələrdə təcrübəsi olan Məhəmmədqulu
Məhəmmədov təyin edilib.

Prezident Serdar Berdiməhəmmədov hökumət üzvlərini əvvəlki
vəzifələrinə bərpa edərək, onların yeni dövrdə ölkənin gələcək
sosial-iqtisadi inkişafı üçün zəruri olan zəngin təcrübəyə malik
olduqlarını qeyd edib, onlara işlərində uğurlar arzulayıb.

Göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirən baş
nazirin müavinləri əmin ediblər ki, rəhbərlik etdikləri sahələrin
bundan sonra da uğurlu fəaliyyəti üçün səylərini
əsirgəməyəcəklər.

Təyin edilmiş sədr müavinləri bir həftə müddətində rəhbərlik
etdikləri şöbələrin müdirləri vəzifələrinə namizədlər təklif
etməlidirlər.

Teqlər: