Türkmənistan-İran-Azərbaycan arasında qaz svopu reallaşmaqdadır – İranın neft naziri

Xəbər - Elnur Bağışov – Trend:

Hazırda Türkmənistan-İran-Azərbaycan arasında qaz svopu əməliyyatı üzrə gündəlik 4-4,5 milyon kubmetr qaz Türkmənistandan İrana idxal edilir.

Trend-in məlumatına görə, bunu İranın neft naziri Cavad Ouci deyib.

C.Oucinin sözlərinə görə, qaz idxalı ölkədə qaz təzyiqi və dayanıqlığa kömək edir.


Qeyd edək ki, üç ölkə arasında ötən il 28 noyabrda Türkmənistan paytaxtı Aşqabadda Türkmənistan qazının İran vasitəsi ilə svop edilməsi üzrə müqavilə imzalanıb. Müqavilənin icrasına 1 yanvardan başlanıb.

Teqlər: