Türklər Qafqazda ABŞ-la birgədir: məhv olacağıq – Abovyan

Türklər Qafqazda ABŞ-la birgədir: məhv olacağıq – Abovyan

Cənubi Qafqazda Rusiya-İran təsirinin zəifləməsi fonunda Ermənistan faktiki məhv olsa, nə amerikalılar, nə də avropalılar barmaqlarını tərpədəcəklər.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

“Ermənistan və Rusiya münasibətlərində neqativliyi artırmaq üçün həddən artıq səbəblər var. Aydındır ki, türklər, amerikalılar və avropalılar birlikdə hərəkət edir. Belə bir vəziyyətdə Ermənistanın suverenliyindən heç nə qalmayacaq. Amma böyük siyasətdə sentimentallığa yer yoxdur. Əgər Cənubi Qafqazda Rusiya-İran təsirinin zəifləməsinin əvəzi Ermənistanın faktiki məhvidirsə, o zaman amerikalılar və avropalılar bu fəlakətli ssenarinin qarşısını almaq üçün heç nə etməyəcəklər”, – Abovyan vurğulayıb.

Teqlər: