Hər iki ildən bir Macarıstanda keçirilən Hun-Türk Qurultayının ötən gün tarixi Macarıstan Parlamentində Türk Dövlət rəsmilərinin və 200-dən çox nümayəndənin iştirakı ilə açılışı olub.
AzerTimes xəbər verir ki, Macarıstan Parlamentinin vitse-spikeri, bu Qurultayın əsas hamiçisi kimi tanınan Sandor Lezak çıxış edərək, qədim Hunların övladları olan macar xalqının öz qardaşları ilə yenidən bir araya gəlib, tarixi bağlarını daha da möhkəmləndirməsini bu millətlərin təbii haqqı olaraq qiymətləndiib.
S.Lezak çıxış edərkən, mikrafonda texniki nasazlıq baş versə də, o buna özünəxas yumor və incəliklə münasibət bildirib:
“70 il danışdıq səsimizi eşidən olmadı, bu gün isə biz həm danışır, həm də bir-birimizi eşidirik və artıq bizim nə danışdığımızı da yaxşı bilirlər”.
S.lezak Qurultayın bütün Türk xalqlarının birliyində özünəməxsus yeri olduğunu qeyd edərək, Macar Turan Fondunun sədri Andros Bironun xidmətlərini xüsusi olaraq qiymətləndirib.
Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım Macarıstan Parlamentində çıxışında bu Qurultayı Türk xalqları arasında tarixi, mədəni, elmi və ekonomi baxımdan olduqca əhəmiyyətli olduğunu bildirib.
“Tarixi İpəkyolu 45 şəhəri bir-birinə bağlayır və bu şəhərlərin ən önəmliləri Türk dövlətlərinin ərazisindədir. Bu yol dünyanın bel sütunudur, dövlətlərin yaratmış olduğu gözəl əlaqələr bu sütunu daha da möhkəmlədir. Bəzi dövlətlər Türk Dövlətlər Təşkilatının nəyə görə yarandığını anlamaqda çətinlik çəkir. Bizim onlara sözümüz budur ki, bu birlik əlaqələrin qurulması, gözəl iqtisadi münasibətlər qurmaq üçün bir vasitədir. Dünyada birliklər mövcuddur və onlar öz bölgələrini inkişaf etdirmək istəyir. Türk Dövlətləri Təşkilatının məqsədləri də yalnız bundan ibarətdir.
Türksoyun Baş katibi Sultan Raev, TürkPA-nın sədri Mehmet Süreyya Er, Türk Akamemiyasının sədri Darhan Qydyráli, Qırğızstanın Mədəniyyət, İnformasiya və İdman naziri Azamat Camankulov da öz çıxışlarında Macarstanın Türk Birliyindəki rolundan danışıb, Türk Dünyasının gələcəyi ilə bağlı fikirlərini bildiriblər.
Xatırladaq ki, sonuncu dəfə 2018-ci ildə keçirilən 6-cı Qurultaydan sonra bütün dünyada mövcud olan pandemiya şəraitində 7-ci Qurultay da ertələnmiş, iki illik bir fasilə verilmişdi.