Türklər ərəblərə məğlub oldu

Türklər ərəblərə məğlub oldu

Bakı-2017 Dördüncü İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında final oyunu keçirilib.

Finalda Türkiyə və Səudiyyə Ərəbistanı komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyun Səudiyyə Ərəbistan yığması 26:21 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Xatırladaq ki, qadınların yarışının finalında isə Azərbaycan və Türkiyə həndbolçuları üz-üzə gələcəklər.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.