Türklər düşmənimizdir: Ərdoğan və Əliyev… – Əmiraslani

Türklər düşmənimizdir: Ərdoğan və Əliyev… – Əmiraslani

İran düşmənləri tərəfindən mühasirəyə alınıb.

AzerTimes xəbər verir ki, bunu İranın tanınmış hüquqşünaslarından olan Ərdəvan Əmiraslani “Şərq” qəzetinə müsahibəsində deyib.

İranlı hüquqşünas Türkiyənin bölgədəki nüfuzundan narahatlığını ifadə edib:

“İlham Əliyevin Azərbaycanı, Səudiyyə Ərəbistanının dəstəklədiyi Əfqanıstan və Pakistanda olan Taliban qruplaşması, Körfəz ölkələri, qeyri-sabit vəziyyətdə olan İraq və Türkiyə tərəfindən mühasirəyə alınmışıq. Bölgədə Ərdoğanın panturanizminin hədəfləri tamamilə məlumdur. Türklər və Osmanlılar tarix boyu bizə düşmən olublar. Ərdoğan İranın şimalı, Qafqaz və Orta Asiya türklərini dəstəkləməklə onların siyasi, iqtisadi və hərbi rəhbərinə çevrilmək istəyir. Onun Azərbaycanın Ermənistana hücumunu (? – red.) və Qarabağın üçdə ikisinin ələ keçirilməsini (? – red.) dəstəkləməsi də bu məqsədlə olub”.

Ərdəvan Əmiraslani bölgə ölkələrinin İranla düşmənçiliyinin səbəbləri, münasibətlərin soyumasında İranın rolu barədə fikir bildirməyib.

Teqlər: