Türkiyəyə verilən vədlər tutulmur… – Ərdoğan

Türkiyəyə verilən vədlər tutulmur… – Ərdoğan

İsveç polisinin himayəsi altında terrorçular aksiyalar keçirirsə, deməli hökumət öz vəzifəsini yerinə yetirmir. Türkiyəyə verilən sözlər tutulmur.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Verilən vədlər yerinə yetirilməyəndə Türkiyə parlamentinin bu məsələyə necə münasibət bəslədiyini hər kəs təqdir etməlidir. Misal, F-16 məsələsində “Bu, Nümayəndələr Palatası qərar vermədən baş verə bilməz” deyilir. Onların Nümayəndələr Palatası varsa, mənim də parlamentim var. Parlamentimin hansı qərarı verəcəyini təxmin edə bilmərəm”, – Ərdoğan bildirib.

Teqlər: