Türkiyəyə qarşı təxribat: Arxasında bu ölkə dayanır – Şahin

Türkiyəyə qarşı təxribat: Arxasında bu ölkə dayanır – Şahin

Prezident Ərdoğanın Suriya ilə normallaşma mesajından dərhal sonra Kayseridə başladılan təxribat cəhdləri hazırda hərtərəfli şəkildə dövlət tərəfindən nəzarətə alınıb.

AzerTimes xəbər verir ki, bu sözləri “MOSSAD dəstəkli provokasiyanın şifrələri” adlı yazısında türkiyəli jurnalist, terror və təhlükəsizlik üzrə ekspert Zəfər Şahin qeyd edib.

Ekspert təxribatlarda MOSSAD-ın əlinin olduğunu bildirib:

“MOSSAD-ın tvit ataraq dəstəyini elan etdiyi təxribatı eyni anda Suriyaya sıçratma cəhdi öz qurduğu tələni üzə çıxardı. Suriyada “Fərat qalxanı” əməliyyatı ilə türk əsgərinin nəzarət altında saxladığı bölgədə bir qrup azlıq tərəfindən başladılan küçə iğtişaşları da TSQ tərəfindən yatırıldı və atılan addım öz məqsədinə çatmadı.

Bölgədə baş verən hadisələrin açıq şəkildə təxribat olduğunu göstərən bəzi səbəblər var. Belə ki, Suriyada işğal etdiyi torpaqlarda yerli idarəetmə orqanlarına “seçki” keçirməyi planlaşdıran PKK/YPG Türkiyənin bölgədə bir terror dövləti qurulmağına icazə verməyəcəyi ilə bağlı kəskin xəbərdarlığından sonra bunu təxirə saldı. Terror təşkilatı Rakka, Deyr Əz-Zor, Hələb və Hasekə daxil, dörd vilayəti, Eyn əl- Ərəb, Mənbiç, Afrinin Şahba ilə Tabka bölgələrini əhatə edəcək şəkildə “seçki” keçirmək və özünə legitimlik qazandırmağa çalışırdı. Türkiyənin bunu əngəlləməsinə görə, sözügedən bölgədə ölkəmizə qarşı terror fəaliyyətlərini artırmışdı”.

Şahin Türkiyənin təxirəsalınmaz tədbirləri ilə bölgədə vəziyyətin normallaşdırıldığını bildirib:

“Dünən baş verənlərlə bağlı bunun arxasında “Radikal Şimal Fırtınası” qrupunun dayandığını deyə bilərik. Xüsusilə Qərbdə ifrat sağın yüksəldiyi bir dövrdə sərgilənən populist yanaşma Kayseridə meydana gələn təxribatdan sonra Türkiyənin bölgədə güclənməsini istəməyən qrupları da hərəkətə keçirdi. Yayılan videolardan bayrağımıza qarşı millətimizin həssas yanaşmasını daha da artıracaq sosial media kampaniyasının aparıldığı aydın olur. Bu kampaniya hazırda öz məqamını gözləyən ünsürlərin daxili qarışıqlıq çıxarmaq məqsədinə xidmət edir. Bayrağımıza qarşı atılan addımlara mehmetçiyimizlə birlikdə Azad Suriya Ordusu da müdaxilə etdi, təxribatların qarşısı alındı. Hərəkat bölgəsində sabitliyin yenidən təmin olunması ilə normal vəziyyət bərpa olundu”.

Teqlər: