Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq!

Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq!

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Qaziantep vilayətinə raket hücumu nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi Tvitter hesabında bildirilib.

“Qardaş Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərində məktəb də daxil mülki əhalinin yaşadığı ərazilərə xain raket hücumu nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq!”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Türkiyənin cənub-şərqindəki Qaziantep vilayətində, Suriya ilə sərhəddə yerləşən Karkamış şəhərinə raket zərbələri endirilib. Hadisə nəticəsində 3 nəfər həlak olub.

Teqlər: