Türkiyəyə qarşı çirkin plan ifşa oldu – Muğlu

Türkiyəyə qarşı çirkin plan ifşa oldu – Muğlu

Türkiyədə FETÖ, PKK və digər terror təşkilatlarına qarşı amansız mübarizə davam edir. Ancaq təəssüf hissə ilə bildirmək istəyirəm ki, bunların bir qismi yenə fərqli adlar və sifətlərə bürünərək, dövlətimizə, xalqımıza, ölkəmizə qarşı düşmənçilik fəaliyyəti ilə məşğul olublar.

Bu sözləri AzerTimes-a Türkiyədə çevriliş cəhdi ehtimalı və sözügedən məsələ ətrafında baş verən son proseslər haqqında danışan terror və təhlükəsizlik üzrə türkiyəli ekspert İmbat Muğlu deyib.

Muğlu heç bir halda Türkiyənin belə təhdidlər qarşısında susmayacağını vurğulayıb:

“FETÖ terror təşkilatının üzvləri 15 iyul çevriliş cəhdindən sonra istintaq prosesindən yayınmaq üçün fərqli kimliklər altında bəzi təriqətlərin, camaatların içərisində özünü gizlətməyə müvəffəq oldu. 17-15 dekabr 2013-cü ildəki ssenarini təkrarlamaq, müxtəlif səs yazıları, saxta şahid ifadələri və basqınlar, eyni zamanda özlərinə bağlı alimlər, köşə yazarları, jurnalistlər vasitəsilə ölkəmizi qarışdırmaq istəyirlər. Səbəb isə Türkiyə dövlətinin bunlara boyun əyməməsi, dik durması, sözünü axıra kimi deməsi, güclənməsidir. Türkiyənin özünə qapanmasını, Yaxın Şərqdə, Cənubi Qafqazda və dünyanın bir çox yerində baş verən haqsızlıqlara səssiz qalmasını təmin etməklə öz kirli məqsədlərinə çatmaq məqsədi güdürlər. FETÖ-nün arxasında ABŞ və digər Qərb ölkələrinin dayandığını biz çox yaxşı bilirik. Digər tərəfdən ölkəmizin Fələstin məsələsinə görə dünyanı ayağa qaldırdığı bir vaxtda bu hadisələrin baş verməsi, fikrimcə, heç də təsadüf deyil. Bizə qarşı kirli planlar quranlar türklərin əsgər millət olduğunu unudurlar. Heç bir halda Türkiyə dövləti bu qaniçən vampirlərin qarşısında diz çökməyəcək. Dövlətimiz güclüdür, qətiyyətli liderimiz var, dövlət qurumlarımız da öz işinin başındadır. Ölkəmizə xəyanət edənlər dövlətimizin, millətimizin və güc strukturlarının, məhkəmələrin qarşısında mütləq şəkildə cavab verəcək”.

Teqlər: