Ölkəmizdə baş vermiş zəlzələlərdən sonra natural formada va nağd vəsait yardımı göstərən bütün vətəndaşlarımıza və azərbaycanlı qardaşlarımıza təşəkkürümüzü bildiririk. Millətimizin başı sağ olsun. Dünəndən etibaran Azərbaycan Ziraat Bankında səfirliyimizin adına zəlzələ və humanitar yardım hesabı açılıb.
Bu barədə AzerTimes-a Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.
Qeyd olunan hesabla bağlı məlumatlar aşağıda təqdim olunub:
Hesab Adı: Türkiyə Respublikası Bakı Səfirliyi İanə Hesabı (Türkiye Cumhuriyeti Bakü Büyükelçiliği İane Hesabı) :
Kart Nömrəsi: 5375 5649 4961 8343
Mono: 0000594
VÖEN: 9900073791