Türkiyə hakimiyyəti pandemiya ilə mübarizə çərçivəsində tətbiq
edilən PCR testin nəticəsinin təqdim edilməsi tələbini ləğv edərək,
respublikaya giriş qaydalarını yumşaldıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər
Nazirliyindən bildirilib.
“İyunun 1-dən ölkəyə bütün sərhəd məntəqələrində daxil olmaq
üçün girişdən maksimum 72 saat əvvəl götürülməli olan PCR testinin
mənfi nəticəsi olan sənədlər tələb olunmayacaq”, – deyə açıqlamada
bildirilir.