TürkiyəXİN Azərbaycanı təbrik etdi

TürkiyəXİN Azərbaycanı təbrik etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin sosial şəbəkədəki paylaşımında qeyd olunub.

“Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibətilə azərbaycanlı qardaşlarımzı təbrik edirik.

Müstəqillik uğrunda həyatını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik”, – təbrikdə bildirilib.

Teqlər: