Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qara dənizdə Türkiyə olmadan hansısa proses baş verə bilməz.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyə beynəlxalq münasibətlər sistemində konkret mövqe ortaya qoyur:
“Müdafiə, təhlükəsizlik, diplomatiya, iqtisadiyyat və sosial sahədəki uğurlarımız buna imkan verir. Daha da irəli getməyimiz üçün fəaliyyətimizi davam etdirəcəyik”.