Türkiyənin yeni səfiri səlahiyyətlərinin icrasına başladı

Türkiyənin yeni səfiri səlahiyyətlərinin icrasına başladı

Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyən Azərbaycandakı səfirliyi rəsmi X hesabında məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.

Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahid Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.

Teqlər: