Türkiyə yerli və milli istehsal olan raket buraxılış sisteminin (MİDLAS) ilk sınağını uğurla həyata keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri İsmayıl Dəmir Tvitterdə paylaşım edib.
“Döyüş gəmilərimizdən atılacaq hava hücumundan müdafiə sistemlərimizin təməl daşlarını qoyuruq. MİDLAS-ın ilk sınağında “Hisar” raketi uğurla atıldı. Yeni raket sistemi 2023-cü ildə ordumuzun arsenalına daxil ediləcək”, – İ. Dəmir bildirib.