Türkiyənin “Titra Texnoloji” şirkəti yeni “Dəli” kamikadze dronunu hazırlayıb.
AzerTimes xəbər verir ki, yeni məhsul ilk dəfə İstanbulda “SAHA Expo” sərgisində nümayiş olunub.
Şirkətin direktoru Davud Yılmazın sözlərinə görə, mütəxəsislər PUA-nın sınaqlarını tamamlamaq üzrədir və cari ilin sonunda aparat Türkiyə silahlandırılmasına daxil ediləcək.
PUA həm avtonom, həm də mexaniki işləyə biləcək, 15 dəqiqə ərzində asanlıqla daşına və istifadəyə hazır olacaq. PUA-lar radioelektron mübarizə vasitələrinə qarşı aparatlarla təchiz ediləcək.
Pilotsuz təyyarə 180 km/saat maksimum sürətə çata, 3,5 min metrə qədər hündürlüyə qalxa, 150-500 metr hündürlükdə döyüşdə tətbiq etmək mümkün olacaq. Aparat 3,1 kq ağırlığında döyüş başlığı daşıya biləcək.