Türkiyənin xarici işlər naziri Qətərə səfər edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı
Dohaya səfər edib.

Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in başçısı öz “Twitter” hesabındakı paylaşımında bildirib.

“Antalya Diplomatiya Forumu ilə Doha Forumu arasındakı
əməkdaşlığı və təmasları gücləndirmək üçün Qətərdəyik”, – deyə
Mövlud Çavuşoğlu qeyd edib.

Teqlər: