Türkiyənin xarici işlər naziri 15 il müddətdən sonra İsrailə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü
İsrailə səfər etməyi planlaşdırır.

Trend yerli
KİV-lərə istinadla xəbər verir ki, bu səfər son 15 ildə nazirin
İsrailə ilk səfəri olacaq.

Bundan əvvəl M. Çavuşoğlu mayın 25-də israilli həmkarı Yair
Lapidlə görüşmək üçün İsrailə səfər etməyi planlaşdırdığını
bildirib. O, İsrail səfərindən bir gün əvvəl Fələstinə də səfər
etməyi planlaşdırır.

Türkiyə və İsrail son zamanlar ikitərəfli əlaqələri inkişaf
etdirmək üzərində çalışırlar. Bu kontekstdə enerji potensial
əməkdaşlıq sahəsinə çevrilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında İsraillə
enerji əməkdaşlığına “çox ümid etdiyini” və İsrailin baş naziri
Naftali Bennettlə bu məsələni müzakirə edəcəyinə ümid etdiyini
bildirib.

Teqlər: