Can qardaşımız Azərbaycanla əməkdaşlığımızı hər sahədə inkişaf etdirəcəyik.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra Tvitterdə yazıb.
“Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul etdik.
Can qardaşımız və can dostumuz Azərbaycanla əməkdaşlığımızı bundan sonra da hər sahədə inkişaf etdirəcəyik.
Bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma salamlarımı və sevgilərimi çatdırıram”, – Türkiyənin vitse-prezidenti vurğulayıb.