Türkiyə Mərkəzi Bankının analitiklərinin hesablamalarına əsasən, beynəlxalq valyuta ehtiyatları ötən həftə 8,5 milyar dollara çatıb. Bu da ən yüksək həftəlik artım kimi tarixə düşüb.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.
“Rasional siyasətə qayıdış mərhələli şəkildə davam edəcək. Ehtiyatları daha da gücləndirmək üçün ölkəmizə əlavə xarici resursların cəlb edilməsi istiqamətində işlərimizi sürətləndiririk”, – nazir əlavə edib.