Türkiyənin Türk Dilli dövlətlərlə ticarət dövriyyəsi artıb

Bu ilin aprel ayında Türkiyənin Türk dilli dövlətlərə ixacı
keçən ilin eyni ayına görə 9,3 faiz artaraq , 726 milyon dollar
olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat
verilib.

Nazirlikdən bildiriblər ki, bu il yanvar-aprel aylarında
Türkiyənin Türk dilli ölkələrə ixracatı, keçən ilin eyni dövrünə
görə 1,7 fazi artaraq, 2,3 milyard dollar olub.

Nazirlikdən verilən məlumata görə, bu ilin aprel ayında Türkiyə
Türk dilli ölkələrdən 628 milyon dollarlıq mal idxal edib ki, bu da
keçən ilin eyni ayı ilə müqayisədə 61,1 faiz çoxdur.

“Bu ilin yanvar-aprel aylarında Türkiyə Türk dilli ölkələrdən 2
milyar dollar dəyərində mal idaxl edib ki bu da keçən ilin eyni
dövrünə nəzərən 36,8 fazi çoxdur” – deyə nazirlikdən
bildirilib.

Xatırladaq ki, 2022-ci ilin aprel ayında Türkiyənin xarici
ticarət dövriyyəsi 52 848 milyar dollar təşkil edib.
Türkiyənin ixracatı 2021-ci ilin aprel ayı ilə müqayisədə 24,6 faiz
artaraq 23 368 milyard dollar, idxalı isə 35 faiz artaraq 29 480
milyard dollar təşkil edib.

Bu ilin, yanvar-aprel aylarında Türkiyənin xarici ticarət
dövriyyəsi 200 381 milyard dollar olub.

Türkiyənin yanvar-aprel aylarında ixracı 2021-ci ilin eyni dövrü
ilə müqayisədə 21,6 faiz artaraq 83 531 milyard dollar olub.

Bu dövürdə Türkiyənin itxalı isə 2021-ci ilin eyni dövrü ilə
müqayisədə 40,2 faiz artaraq 116 85 milyard dollara çatıb.

2021-ci ilin eyni dövründə Türkiyənin xarici ticarət dövriyyəsi
496 715 milyard dollar təşkil edib.

Teqlər: