Türkiyə Ukrayna və Rusiya ilə əsirlərin irimiqyaslı mübadiləsi üzərində işləyir. Bu mübadilə əsasında minə yaxın əsir dəyişdirilə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç bildirib.
Onun sözlərinə görə, Türkiyənin Ombudsman İnstitutunun təşkil etdiyi danışıqlarda üçmərhələli plan razılaşdırılıb.
“Sadəcə, danışmaq kifayət deyil, addımlar atmaq lazımdır”, – deyən Şərəf Malkoç İstanbuldan keçməklə mübadilə üçün “humanitar dəhliz” açmağı təklif edib.
Türkiyənin təklifi qəbul olunarsa, İstanbulda yaralı mülki vətəndaşların, əsgərlərin, qocaların, uşaq və qadınların mübadiləsi üçün “humanitar dəhliz” yaradılacaq.
Qeyd edək ki, bundan öncə Kiyev Türkiyənin humanitar dəhliz üçün öz ərazisini təhlif etdiyini açıqlamışdı.