Türkiyənin Tehran səfirliyi önündə aksiya keçirildi

Türkiyənin Tehran səfirliyi önündə aksiya keçirildi

Noyabrın 9-u günortadan sonra Türkiyənin Tehrandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hökumətin təşkil etdiyi etiraz aksiyasına qoşulanlar başda Türkiyə olmaqla, Azərbaycan, Qazaxıstan, İordaniya, Misir və Nigeriyanı Qəzzadakı qətliama dəstək olmaqda ittiham ediblər.

Aksiyaya qoşulanlar əsasən dini mərkəzlərin tələbələri və hakimiyyətin universitetlərdəki tələbə qurumlarının nümayəndələri olub.

Bundan əvvəl noyabrın 6-da da Türkiyənin Təbrizdəki konsulluğu qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılmışdı , lakin yerli əhali və sosial media istifadəçilərinin sərt təpkisindən sonra aksiya ləğv edilmişdi.

Teqlər: