Türkiyənin təcrübələrini Azərbaycanda da reallaşdırmaq ilk hədəflərimizdəndir – Eyüp Vural Aydın

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanın İcbari Tibbi Sığorta Agentliyi ilə bir razılaşma memorandumu imzaladıq. Bu razılaşma çərçivəsində Türkiyənin sahib olduğu təcrübələri Azərbaycanda da reallaşdırmaq ilk hədəflərimiz arasındadır.

Bunu AzerTimes-açıqlamasında İstanbul Dövlət Şəxsi Sektor Tərəfdaşlığı Mükəmməlliyət Mərkəzinin Başçısı Eyüp Vural Aydın deyib.

“Digər bir hədəfimiz səhiyyə sahəsində olan investisiyalardır. Türkiyədə 15 ildə qazanılan mühüm təcrübələri tezliklə türk və digər ölkələrin investorları ilə gətirib buradakı səhiyyə sahəsində xidmətlərin keyfiyyətini artırmağa vəsilə olarıq” – deyə, o qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF- International Business Forum) işə başlayıb.

Tədbirdə bir sıra ölkələrdən iş adamları və dövlət xadimləri iştirak edib.

Forumda iştirak etmək üçün Türkiyədən 550 iş adamı gəlib. Forum zamanı Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri, investisiyalar və digər məsələlər müzakirə olunub.

IBF-in rəsmi media tərəfdaşları Trend BİA, Day.azturkic.world media layihəsidir.

Teqlər: